STRESSİN
İDARƏ EDİLMƏSİ

həyatda və işdə


Peşəkar psixoloq Şərafət Şirinlinin təqdimatında stress zamanı davranış qaydaları və stressin effektiv aradan qaldırılması üsulları haqqında təlim
28 fevral | 2020
09:00 – 17:00
Midtown Hotel
Bakı, S. Vurğun küç., 103
təlim Azərbayacan dilində keçiriləcək
Write to us
WhatsApp
Mail
Phone
Bugünkü həyatımızı stressiz təsəvvür etmək çətindir. Bəzi insanlar gündəlik həyatda stress ilə qarşılaşırlar, digərləri üçün isə stress peşənin xüsusiyyətidir. Ona, hətta alışdıqlarını qeyd edən insanlar da var.

Lakin stressə əhəmiyyət verməsək mütəmadi gərginlik yığılaraq çox neqativ fəsadlara gətirib çıxaracaq. Bu yalnız işin səmərəliyinin azalmasına deyil, həm də sağlamlığın zəifləməsinə və bir çox ciddi xəstəliklərə yol aça bilər.
Söhbət sağlamlıqdan gedirsə, bizim sinir sistemimiz ən əsas dəyərimizdir. Lakin çox qəribədir ki, necə də biz ona hər gün zərər vururuq - hətta xırda bir məsələyə görə narahat olub stress yaşayırıq. Stressin effektiv öhdəsindən gəlmək bacarığı - bu gün sağlam və xoşbəxt həyat uğrunda ən zəruri keyfiyyətlərdən biridir.
Şərafət Şirinli
peşakar psixoloq

Şərafət Şirinli
Təlimin müəllifi və aparıcısı

Peşəkar fəaliyyət göstərən psixoloq (2 ali psixoloji təhsilə malik), "Rebrain" İnkişaf və Sağlamlıq Mərkəzinin təsisçisidir, 2012-ci ildən etibarən Express Group konsaltinq şirkətinin eksperti və biznes-təlimçisi.

  • Fəaliyyətdə olan psixoloq kimi 20 ildən çox iş təcrübəsinə malikdir, 10 ildən çox biznes-təlimçi kimi "Stressin idarəedilməsi", "Effektiv kommunikasiya", "Daxili müştəri" və "Komandada iş" təlimlərinin aparıcısıdır

  • Bu illər ərzində Pasha Insurance, Expressbank, Bank Respublika, Novco Group, Meqa Sığorta, Qala Sığorta, Aztelekom, Baktelekom, Baku Medical Plaza, Collezione Italia və s. şirkətlərin işçi heyəti üçün korporativ təlimlər keçirmişdir

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2004-cü ildə "İlin Psixoloqu" adına layiq görülmüşdür

Təlimin məzmunu

8 saatlıq praktiki təlim: testlər, keyslər, oyunlar, müzakirələr, videolar, fərdi və komanda tapşırıqları
  • 1
    Stress-menecmentə giriş. Stress haqqında nələri mütləq bilməliyik?
    • Stress anlayışı. Stress vəziyyətinə nələri aid etmək
      olar?
    • Stressin inkişaf mərhələləri. Faydalı və zərərli stresslər. Distress nədir?
    • Stressin simptomları və ilk əlamətləri hansılardır və stressə daha çox kimlər məruz qalır?
    • İnsanlar stressə necə reaksiya verir? Stress zamanı əsas davranış strategiyaları - mübarizə, qaçış və s.
    • Stressin mahiyyətini və yaranma səbəblərini dərindən anlamaq üçün praktiki tapşırıq.
  • 2
    Stress və iş. Peşə stressi ilə necə effektiv mübarizə aparmaq olar?
    • İş yerində stress. Stress işin keyfiyyətinə və insanlarla münasibətlərə necə təsir göstərir?
    • Stressin mənbələri. Peşə stressinin amilləri. Stress-amillərinin növləri.
    • Stress amillərin yığılması və onun nəticələri. Mənfi davranış strategiyası. Zəncirvari reaksiya.
    • Peşəkar tükənmənin qarşısının alınması üsulları. Konstruktiv davranış texnikaları.
    • İştirakçıların stressə dayanıqlığı üzrə praktiki test və onun müzakirəsi.
  • 3
    Stressdən qısamüddətli azad olmaq üsulları. İlk addımlar - indi və burada.
    • Əzələ relaksasiyası və dərin nəfəsalma texnikaları. "Relaksasiya" praktiki tapşırığı.
    • Arzuolunmaz fikirlərin işlənməsi. "Günəş şüası" praktiki tapşırığı.
    • Müsbət obrazların yaradılması. "Vizuallaşdırma" praktiki tapşırığı.
    • Orqanizmin əlavə resurslarının aşkar olunması. Effektiv özünütənzimləmə texnikaları.
    • "Bir əməkdaşın hekayəsi" praktiki keys - real həyatdan stress vəziyyətinin təhlili.
  • 4
    Stressin uzunmüddətli azaldılması üsulları. Həyatı yaxşıya doğru dəyişək!
    • Stressə qarşı dayanıqlığın formalaşdırılması. Həyat mövqeyinin seçilməsi.
    • Həyat balansının çarxı. Sağlam vərdişlər. Fiziki məşq və hərəkətlər.
    • Müsbət təfəkkürün formalaşdırılması. Həyat müdrikliyi. Dissosiasiya (kənardan baxış).
    • Özünüqiymətləndirmənin artırılması. Həyat məqsədləri. İbrətamiz "Bir rahibin hekayəsi"
    • Hər bir iştirakçı tərəfindən stressə qarşı dayanıqlığının artırılması üçün fərdi planın tərtibi.
Təlimin məqsədi: Stressin öhdəsindən gəlməyin ən effektiv və hər kəsə əlçatan texnikalara yiyələnmək, vəziyyətdən asılı olaraq onlardan istifadə etməyi öyrənmək və nəhayət, stressə qarşı dayanıqlılığı artırmaq məqsədi ilə fərdi inkişaf planını hazırlamaq.
"Stressin idarə edilməsi" təliminə qalır
Gün
Saat
Dəqiqə
Saniyə
Təlimdə əldə edəcəyiniz

7 faydalı qazanc
  • Fövqəladə hallarda dərhal stressin aradan qaldırılması bacarığı
  • İşdə və evdə münaqişələrin yoluna qoyulması üzrə praktiki metodikalar
  • Əzələ relaksasiyası, vizualizasiya və dərindən nəfəs almanın effektiv texnikaları
  • Hazırkı dövrdə olan daimi yeniliklərə və dəyişikliklərə uyğunlaşma bacarığı
  • Stressin orqanizm, sinir sistemi və davranışınıza necə təsir göstərməsinin dərk edilməsi
  • Sıxıntı, narahatlıq və stressin uzunmüddətli azaldılması üzrə effektiv metodikalar
  • Özünüqiymətləndirmənin yüksəldilməsi və stressə qarşı davamlılığın artırılması üçün fərdi planın hazırlanması
İştirak variantını seçin
10 fevral 2020-ci il tarixinədək xüsusi qiymətlər qüvvədədir
STANDARD
  • Təlimdə iştirak
  • Təqdimat materialları
  • Nahar və kofe fasilələri
  • Sertifikat

199 ₼
QEYDİYYATDAN KEÇMƏK
PREMIUM
  • Təlimdə iştirak
  • Təqdimat materialları
  • Nahar və kofe fasilələri
  • Sertifikat
  • Şərafət Şirinlinin fərdi konsultasiyası





219 ₼
QEYDİYYATDAN KEÇMƏK
Korporativ təlim sifariş edin
Biznes-psixologiya sahəsində müxtəlif mövzularda (stressin, konfliktin, komandanın idarə edilməsi, effektiv ünsiyyət, daxili müştəri) şirkətinizin ehtiyac və istəklərini nəzərə alaraq Sizin əməkdaşlarınız üçün Şərafət Şirinlinin korporativ təlimini bizdən sifariş edə bilərsiniz.
Təşkilati tərəfdaşlar
Texnoloji tərəfdaş
Bütün sahələri doldurun və "Göndərmək" düyməsini basın
Sizin iştirak variantınız
Sponsor olun
iş dünyasının nüfuzlu və maraqlı tədbirinə
  • SILVER
    • 5 ədəd STANDARD bileti
    • tədbirin saytında sponsorun reklamı
    • tədbir zamanı sponsorun reklam materiallarının qonaqlar arasında paylanması
    • sosial şəbəkələrdə (Facebook, Linkedin, Instagram) sponsorluq haqqında məlumatların yerləşdirilməsi






    1.500 azn
  • GOLD
    • 10 ədəd STANDARD bileti
    • tədbirin saytında sponsorun reklamı
    • tədbir zamanı sponsorun reklam materiallarının qonaqlar arasında paylanması
    • sosial şəbəkələrdə (Facebook, Linkedin, Instagram) sponsorluq haqqında məlumatların yerləşdirilməsi
    • qeydiyyat zalında sponsorun ayrıca stendinin yerləşdirilməsi





    3.000 azn
  • PLATINUM
    • 15 ədəd PREMIUM bileti
    • tədbirin saytında sponsorun reklamı
    • tədbir zamanı sponsorun reklam materiallarının qonaqlar arasında paylanması
    • sosial şəbəkələrdə (Facebook, Linkedin, Instagram) sponsorluq haqqında məlumatların yerləşdirilməsi
    • qeydiyyat zalında sponsorun ayrıca stendinin yerləşdirilməsi
    • tədbir zamanı sponsorun reklam çarxının qonaqlara nümayiş etdirilməsi
    • sosial şəbəkələrdə sponsorluq haqqında foto və video hesabatların yerləşdirilməsi

    4.500 azn
Media-tərəfdaşlar üçün təklif
sosial şəbəkələrdə media-tərəfdaşın reklamı
tədbirin saytında media-tərəfdaşın reklamı
STANDARD kateqoriyalı iştirak bileti
ƏLAQƏ
      • +99470 507 03 00
      • +99455 480 01 50
      • info@master-class.az

      © 2021 All Rights Reserved.
      Master Class Business Club.
      XÜSUSİ SİFARİŞ

      Şərafət Şirinlinin korporativ seminarını bizimlə əlaqə saxlayaraq
      sifariş edə bilərsiniz:

      +99470 507 03 00
      SEMİNAR MÖVZULARI
      • Stressin idarə edilməsi
      • Konfliktin idarə edilməsi
      • Effektiv kommunikasiya
      • Komanda işinin prinsipləri
      • Daxili müştərilərə xidmət